"Təcavüzkar Ermənistan tərəfindən növbəti qanlı təxribat törədilib".
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.
"Bu gün Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi öldürülüb. Allah Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq yolunda canını qurban verən şəhidimizə rəhmət eləsin!", - vurğulayıb.
Qeyd edək ki, son günlər Ermənistanın təxribatları nəticəsində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət gərginləşib.
Belə ki, sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Həmin gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Tovuz rayonunun Ağdam kəndində yerləşən döyüş postunda əsgər Qurbanov Qurban Azad oğlu yaralanıb.
Sentyabrın 21-də isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Another bloody provocation by
May God bless the soul of our Martyr who died for protecting the internationally recognized borders of