Azərbaycanda akkreditə olunmuş diplomatlar Kəlbəcər rayonuna səfər çərçivəsində bu yaxınlarda istifadəyə verilmiş “İstisu” mineral su zavodunda olub, istehsal prosesini izləyiblər.
"Report" xəbər verir ki, diplomatik korpusun nümayəndələrinə zavodun fəaliyyəti, istehsal gücü və rayonun iqtisadi potensialının bərpasındakı rolu barədə ətraflı məlumat verilib.
Səfər zamanı vurğulanıb ki, “İstisu” zavodu Kəlbəcər rayonunda sənayenin bərpası və yeni iş yerlərinin açılmasında mühüm rol oynayır, onun məhsullarına isə artıq həm daxili bazarda, həm də xaricdə tələbat var.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.
Foto: Məhəmməd Ağayev