Xaçmazda şəhid Hüseyn Sultanovun xatirəsi anılıb

Xaçmazda şəhid Hüseyn Sultanovun xatirəsi anılıb Xaçmazın Hacıqurbanoba kəndində şəhid Hüseyn Sultanovun xatirəsi anılıb
Qarabağ
22 Oktyabr , 2021 15:50
Xaçmazda şəhid Hüseyn Sultanovun xatirəsi anılıb

Xaçmazın Hacıqurbanoba kəndində şəhid Hüseyn Sultanovun xatirəsi anılıb.

Report”un Şimal bürosu xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, rayonun ictimaiyyət nümayəndələri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin döyüş yolu və göstərdiyi şücaətləri barədə danışıblar.

Qeyd edək ki, H.Sultanov sentyabrın 21-də Qusarda yerləşən N saylı hərbi hissəyə təlimlərə çağırılıb. O, Vətən müharibəsinin ilk günündə ön cəbhəyə atılaraq, düşmənlə üz-bəüz təmas xəttində qızğın döyüşlərdə iştirak edib. Qubadlı, Xankəndi, Xocavənd və Füzuli istiqamətlərində döyüşərək böyük qəhrəmanlıq və şücaət göstərən H.Sultanov düşmənin xeyli sayda texnikasının həmçinin canlı qüvvəsinin məhv edilməsində fərqlənib.

H.Sultanov son damla qanına qədər Vətən uğrunda döyüşərək qəhrəmancasına şəhid olub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Hüseyn Fərhad oğlu Sultanov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Vətən Uğrunda” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi