Vyanada "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı" adlı konfrans keçirilib

Vyanada "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı" adlı konfrans keçirilib Tədbir Vyana Texniki Universitetində baş tutub
Qarabağ
25 Fevral , 2016 02:10
Vyanada Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı adlı konfrans keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Vyana Texniki Universitetində "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilib.

Avstriya Akademiklər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz Universiteti Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin elmi işçisi, Almaniyanın Laypsiq Universitetinin doktorantı Şamxal Əbilov çıxış edərək Dağlıq Qarabağın tarixi, həmin regionun etnik tərkibinin son əsrlərdə dəyişməsi barədə, o cümlədən çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və SSRİ dövrlərində Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş qərarlar və hüquqi aktlar haqqında danışıb. O, ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal olunduğunu, həmin ərazilərdə maddi və mədəni irsin məhv edildiyini diqqətə çatdırıb.

İnsanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Ş.Əbilov, eyni zamanda, erməni mənbələrindən Xocalı soyqırımını təsdiqləyən faktları sadalayıb.

Almaniyanın Flensburq Universitetinin doktorantı Famil Qurbanov isə "Dağlıq Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüquqları arasında ziddiyyət" mövzusunda məruzə edib. O, hər iki hüquqi anlayışın formalaşması, onların təsbit olunduğu beynəlxalq sənədlərdə tətbiqi barədə danışıb.

Son xəbərlər

Orphus sistemi