Vahid Hacıyev: “Ağalıda bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb”

Vahid Hacıyev: “Ağalıda bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb” “Ağalı kəndində bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb”.
Qarabağ
16 Mart , 2023 13:36
Vahid Hacıyev: “Ağalıda bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb”

“Ağalı kəndində bura qayıdan ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb”.

"Report" xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

Onun sözlərinə görə, “Böyük qayıdış” layihəsi çərçivəsində Ağalı kəndinə 450 nəfərdən ibarət 86 ailə köçürülüb.

Vahid Hacıyev Ağalı kəndinin bərpası zamanı “ağıllı kənd” konsepsiyasından istifadə olunduğunu, bura qayıdan sakinlərin işlə təmin olunması üçün şərait yaradıldığını xatırladıb.

"Kənddə yaradılan infrastruktur burada yaşayan ailələr üçün rahatdır. Bu layihənin icrası bizim Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı baxışımızla üst-üstə düşür", - Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi