Ukrayna azərbaycanlı kursantlara minatəmizləmə üzrə xüsusi kurs keçməyə hazırdır - EKSKLÜZİV

Ukrayna azərbaycanlı kursantlara minatəmizləmə üzrə xüsusi kurs keçməyə hazırdır - EKSKLÜZİV Ukrayna dünyanın ən yaxşı minatəmizləmə texnologiyalarını müəyyənləşdirmək üçün beynəlxalq konfrans keçirmək niyyətindədir
Qarabağ
2 İyul , 2021 17:07
Ukrayna azərbaycanlı kursantlara minatəmizləmə üzrə xüsusi kurs keçməyə hazırdır - EKSKLÜZİV
Aleksey Reznikov

“Ukrayna dünyanın ən yaxşı minatəmizləmə texnologiyalarını müəyyənləşdirmək üçün beynəlxalq konfrans keçirmək niyyətindədir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın baş nazir müavini, müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiyası naziri Aleksey Reznikov deyib.

“Bu fikri ilkin olaraq Brüsselə son səfərim zamanı səsləndirmişəm. Onlar dəstək verməyə hazırdırlar, bu mövzu onları çox narahat edir. Mütləq Azərbaycan tərəfini də bu konfransda iştirak etməyə dəvət edəcəyik ki, minaların təmizlənməsi sahəsində dünyanın ən qabaqcıl təcrübəsini maksimum dərəcədə mənimsəyək. Bunsuz yeni şəhərlər, hava limanları inşa etmək mümkün deyil, kəndli, əkinçi torpağında əkin-biçin edə bilməyəcək”, - Reznikov bildirib.

Onun sözlərinə görə, azərbaycanlı istehkamçıların Ukrayna mərkəzlərində təlim keçməsi barədə məsələ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən olan həmkarlarla müzakirə olunub: “Fövqəladə hallar xidmətimizlə danışdım, ancaq onlar Azərbaycana təlimatçı göndərə bilmirlər, çünki Ukraynada işləyirlər. Bizim ərazilərimiz də minalarla ən yüksək səviyyədə çirklənib. Ancaq azərbaycanlı kursantlar gəlməyə hazırdırsa, o zaman onlar üçün istehkamçı bacarıqları və it təlimi üzrə xüsusi kurs təşkil etməyə hazırıq. Çünki belə təcrübəmiz var. Bu, tamamilə real olan yardım növlərindən biridir. Əminəm ki, çox qısa zamanda Azərbaycan tərəfi də eyni təcrübəyə və eyni bacarığa sahib olacaq, çünki artıq bununla məşğulsunuz”.

Son xəbərlər

Orphus sistemi