Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəldi

Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəldi Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb. Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin min
Qarabağ
30 Noyabr , 2020 21:01
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəldi

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Bu barədə "Report" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.
"Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - deyə Müdafiə Nazirliyində bildirilib.

Son xəbərlər

Orphus sistemi