Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarına həsr olunan park salınıb

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarına həsr olunan park salınıb Park şəhərin mərkəzində yerləşir
Qarabağ
3 Noyabr , 2016 17:58
Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarına həsr olunan park salınıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan "Azərbaycan-Qarabağ" parkı salınıb. 

"Report" "Hüriyyət"ə istinadən xəbər verir ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı tərətdikləri soyqırım qurbanlarının xatirəsinə həsr olunan parkın açılış mərasimi noyabrın 4-də keçiriləcək.

Park şəhərin mərkəzində Əli Marım bulvarında yerləşir. Açılışda Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan və  Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi