Türk Şurasından Azərbaycana dəstək

Türk Şurasından Azərbaycana dəstək O, Ermənistanın Gəncəyə gecə saatlarında dinc sakinlərin yaşadığı binaya raket hücumunu sərt şəkildə qınayaraq beynəlxalq ictimaiyyəti də bu addımı atmağa çağırıb.
Qarabağ
21 Oktyabr , 2020 12:55
Türk Şurasından Azərbaycana dəstək
Bağdad Amreyev
0 : 00
0 : 00

“Bu, Azərbaycan xalqı üçün vətən müharibəsidir və biz bu savaşda Azərbaycanın yanındayıq”.

“Report” xəbər verir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin Gəncəyə səfəri zamanı dediyi bu sözlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

O, Ermənistanın Gəncəyə gecə saatlarında dinc sakinlərin yaşadığı binaya raket hücumunu sərt şəkildə qınayaraq beynəlxalq ictimaiyyəti də bu addımı atmağa çağırıb:

“Türkdilli ölkələr, türk dünyası və Türk Şurası Azərbaycanın torpaqlarını işğaldan azad etmək haqqını qeyd-şərtsiz dəstəkləyir. Bu, Azərbaycan xalqı üçün vətən müharibəsidir və biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və qələbə arzulayırıq”.

Amreyev problemin Azərbaycanın ərazi bütövlüyü əsasında, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq dinc yolla həlli tərəfdarı olduqlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi