Tovuzun kəndlərində ermənilərin atdığı mərmilərin qalıqları aşkarlandı

Tovuzun kəndlərində ermənilərin atdığı mərmilərin qalıqları aşkarlandı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə 4 siqna
Qarabağ
18 İyul , 2020 05:14
Tovuzun kəndlərində ermənilərin atdığı mərmilərin qalıqları aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Dondar Quşçu, AğdamVahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə 4 siqnal (əməliyyat çağırışı) daxil olub.

ANAMA-dan “Report“a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib, birlikdə 4 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmilərinin (OF-56-1) qalıqları aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış mərmilərin ətrafında 470 kv.m əraziyə yerüstü, 8 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi