Syerra-Leonedən olan səyyah: Gələcəkdə dostlarımla Qarabağa mütləq qayıdacağam

Syerra-Leonedən olan səyyah: Gələcəkdə dostlarımla Qarabağa mütləq qayıdacağam Müharibə və otuz illik işğal nəticəsində dağıdılmış regionun sürətli inkişafı çox güclü təəssürat yaradır.
Qarabağ
24 aprel 2025 14:12
Syerra-Leonedən olan səyyah: Gələcəkdə dostlarımla Qarabağa mütləq qayıdacağam

Müharibə və otuz illik işğal nəticəsində dağıdılmış regionun sürətli inkişafı çox güclü təəssürat yaradır.

Bu barədə “Report”a “NomadMania” klubunun beynəlxalq səyyahlar qrupunun səfəri çərçivəsində azad edilmiş ərazilərə gələn Syerra-leoneli səyyah Alisay Kamara bildirib.

"Mənim vətənim Qərbi Afrikada yerləşən Syerra-Leonedir. Azərbaycan səfər etdiyim sayca yüzüncü ölkədir. Bizi bütün bu gözəlliyi görmək üçün buraya dəvət etdiklərinə görə şadam", - o qeyd edib.

Səyyah Füzulinin dirçəlişinin şahidi olduğunu söyləyib, çünki yeni məhəllələr və məktəbin yaxınlığında işğal illərində şəhərin məruz qaldığı dağıntılar hələ də qalmaqdadır. "Bizə bildiriblər ki, siz Füzulidə bərpa işlərinə 2021-2022-ci illərdə başlamısınız. Buna görə də bərpa işlərinin bu qədər sürətli tempi çox heyranedicidir. İndiyə qədər etdiyiniz hər şey xoşuma gəlir", - o bildirib.

Digər ölkələrdə belə bir miqyasda dağıntıların şahidi olub-olmaması barədə suala cavab olaraq qonaq bildirib ki, bu həqiqətən çox faciəvidir, o, buna bənzər şeyi heç vaxt və heç bir yerdə görməyib. Səyyah gələcəkdə buraya qayıdacağına ümidvar olduğunu söyləyib.

"Düşünürəm ki, mən buraya təkcə özüm gəlməyəcəyəm, həm də bunu bir çox dostlarımla edəcəyəm ki, başqaları da bütün bu gözəlliyi və inkişafı görə bilsinlər", - A.Kamara qeyd edib.

Son xəbərlər

Orphus sistemi