Şvıdkoy: "Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır"

Şvıdkoy: "Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır" Əlbəttə, Rusiya və beynəlxalq ictimaiyyət iki qonşu dövlət arasında sülh xarakterli müəyyən razılığa gətirib çıxara biləcək proseslərin başlanmasında maraqlıdır. Bu mənada iki ölkə xalqının bu prosesdə iştirak etməsini istərdik.
Qarabağ
26 Aprel , 2019 11:52
Şvıdkoy: Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır

"Əlbəttə, Rusiya və beynəlxalq ictimaiyyət iki qonşu dövlət arasında sülh xarakterli müəyyən razılığa gətirib çıxara biləcək proseslərin başlanmasında maraqlıdır. Bu mənada iki ölkə xalqının bu prosesdə iştirak etməsini istərdik".

Bunu "Report"un müxbirinin sualını cavablandırarkən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy Sankt-Peterburqda deyib.

Onun sözlərinə görə, siyasətçilər istənilən qərarı qəbul edə bilərlər, amma ən başlıcası ölkə vətəndaşlarının onları qəbul etməsidir. "Uzun illər ərzində çoxsaylı ağrı və əzab toplanıb, hər kəsi razı salan sülh razılaşmasına nail olmaq asan olmayacaq", - Rusiya Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

O, vətəndaş cəmiyyətlərinin nümayəndələri, mədəniyyət xadimləri və parlamentarilər arasında humanitar əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

"Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır. Artıq bir dəfə - tərəflər arasında humanitar əlaqələrin qurulması prosesi olduqda vasitəçi kimi çıxış etmişik", - M.Şvıdkoy deyib.

O, bu prosesin çətin və həssas olduğunu söyləyib: "Hər iki tərəfdən birincisi, bir-birinə etibar edən, ikincisi də qonşu ölkələrdə müəyyən nüfuza malik olan şəxslərin iştirak etməsi çox vacibdir. Deyək ki, Polad Bülbüloğlu niyə həmişə belə proseslər üçün yaxşıdır? Çünki onu həm Azərbaycanda, həm də Ermənistanda yaxşı tanıyırlar. O, bütün postsovet məkanında məşhurdur. Qarşı tərəfdən, məsələn, Armen Smbatyan olar. Bəstəkardır, mədəniyyət naziri olub, o da qonşu ölkələrdə tanınır".

Rusiya Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, indi bu prosesin başlana biləcəyinə dair bəzi əlamətlər var: "Ermənistanda və Azərbaycandakı həmkarlarımla söhbət etməyə çalışacağam ki, görüm, ölkələri kim təmsil edəcək. Bu məsələdə ölkə rəhbərliyinin iradəsinin olduğu aydın məsələdir. Özü də Azərbaycan rəhbərliyi həmişə belə proseslərə hazır olduğunu söyləyıb. Bu dəfə Ermənistan rəhbərliyi də bundan danışır. Görək, bundan nə alınacaq".

Son xəbərlər

Orphus sistemi