Şuşada ekoaksiya Novruz şənliyi fonunda yüksək əhvali-ruhiyyə ilə davam edir 

Şuşada ekoaksiya Novruz şənliyi fonunda yüksək əhvali-ruhiyyə ilə davam edir  Şuşada Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları üçün təşkil edilən Novruz şənliyi davam edir.
Qarabağ
21 Mart , 2023 14:37
Şuşada ekoaksiya Novruz şənliyi fonunda yüksək əhvali-ruhiyyə ilə davam edir 

Şuşada Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları üçün təşkil edilən Novruz şənliyi davam edir.

Bu barədə “Report”un hazırda Şuşada olan əməkdaşı xəbər verir.

Belə ki, aksiya iştirakçıları üçün hazırlanan Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar təqdim edilib.

Bundan əlavə, aksiya iştirakçılarına Novruz bayramı sovqatı paylanılıb.

Eləcə də burada quraşdırılan bayram çadırında Azərbaycanın milli mətbəxinin xörəkləri bişirilib.

Dünən olduğu kimi bu gün də ərazidə quraşdırılan musiqi səhnəsində vətənpərvərlik və milli ruhda mahnılar səsləndirilir.

Qeyd edək ki, ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və bu gün aksiyanın 100-cü günüdür.

Son xəbərlər

Orphus sistemi