“Şəhid qardaşının əlini öpən bacı” ilin fotolarından oldu

“Şəhid qardaşının əlini öpən bacı” ilin fotolarından oldu ABŞ-da çıxan “Time” jurnalı 2020-ci il üzrə ilin 100 fotosunu dər edib.
Qarabağ
13079
19 Dekabr , 2020 12:49
“Şəhid qardaşının əlini öpən bacı” ilin fotolarından oldu

ABŞ-da çıxan “Time” jurnalı 2020-ci il üzrə ilin 100 fotosunu dərc edib.

“Report” xəbər verir ki, ilin fotolarından biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunda dinc sakinlərə açdığı atəş nəticəsində şəhid olan Fuad İsmayılovun və bacısının yer aldığı şəkildir.

Fotoda bacı şəhid olan qardaşının əlini öpür. Fotonun müəllifi Ayvor Prikettindir.

Qeyd edək ki, Karlotta Qall Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini atəşə tutması nəticəsində zərərçəkənlərlə bağlı hadisə yerindən hazırladığı reportaj və Ayvor Prikettin çəkdiyi fotolar “The New York Times”da dərc olunub.

Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 2020-ci il oktyabrın 27 və 28-i tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Nəticədə iki gün ərzində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb. Bərdəyə ardıcıl hücumlar, xüsusən oktyabrın 28-də Bərdə şəhərinin ticarət obyektlərinin yerləşdiyi mərkəzi hissəsinin hədəfə alınması səbəbindən çoxsaylı mülki obyektlər də dağıntılara məruz qalıb.

Son xəbərlər

Orphus sistemi