Şəhid Murad Xəlilov Şəmkirdə dəfn edilib

Şəhid Murad Xəlilov Şəmkirdə dəfn edilib Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində Şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.
Qarabağ
1007
18 Noyabr , 2021 12:55
Şəhid Murad Xəlilov Şəmkirdə dəfn edilib

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov dəfn edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, o Şəmkir rayonunda böyük izdihamla son mənzilə yola salınıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər və sakinlər iştirak ediblər.

Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi Şəmkir rayon Çinarlı qəsəbəsində olan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

12:10

Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində keçirilir.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid vida mərasimindən sonra dəfn olunacaq.

11:00

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi