Səfir: "ABŞ şirkətləri Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində iştirak edir" - EKSKLÜZİV

Səfir: "ABŞ şirkətləri Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində iştirak edir" - EKSKLÜZİV ABŞ şirkəti Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində maraqlıdır və bu işdə fəal iştirak edirlər.
Qarabağ
2 İyul , 2021 15:26
Səfir: ABŞ şirkətləri Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində iştirak edir - EKSKLÜZİV
Erl Litzenberger

"ABŞ şirkətləri Azərbaycanın geri qaytarılmış torpaqlarının bərpası prosesində maraqlıdır və bu işdə fəal iştirak edir".

Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib.

“Bərpa işləri bir çox sahələri əhatə edir. Bura minaların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən şirkətlər, memarlıq və dizayn şirkətləri, energetika şirkətləri daxildir. Onlardan bəziləri artıq fəaliyyət göstərmək üçün icazə alıblar” - diplomat deyib.

Səfir Azərbaycan və Ermənistan arasında münasibətlərin dinc yolla normallaşacağına ümidvar olduğunu bildirib.

“Regionda münaqişənin aradan qaldırılması üçün kommunikasiya vacibdir. ABŞ sülh və barışıq prosesində öz dəstəyini göstərməyə hazırdır”, - ABŞ səfiri qeyd edib.

Çiçək Məmmədova

Son xəbərlər

Orphus sistemi