Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə uyğun inşa edilib

Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə uyğun inşa edilib Ağdam rayonunun Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə tam cavab verən səviyyədə inşa edilib.
Qarabağ
28 mart 2025 13:46
Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə uyğun inşa edilib

Ağdam rayonunun Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə tam cavab verən səviyyədə inşa edilib.

“Report”un Ağdama ezam olunan Qarabağ Bürosu xəbər verir ki, bu barədə rayona ezam olunan media nümayəndələrinə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Leyla Sarabin xatırladıb ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi məktəb binası 360 şagird yerlikdir.

Bildirilib ki, 14 sinif otağı olan məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəb ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Son xəbərlər

Orphus sistemi