Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Dekabrın 4-də saat 12:00-da Salyan rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ
4 Dekabr , 2020 15:43
Salyanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Dekabrın 4-ü saat 12:00-da Salyan rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report"un məlumatına görə, şəhərin bütün küçə və prospektlərində avtomobillərin hərəkəti dayandırılıb, şəhidlərin xatirəsinə maşınlardan siqnal verilib.

Daha sonra Salyanın Hacı Tağı məscidində şəhidlərimizin xatirəsinə namaz qılınıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi