Saatlı, Beyləqan, İmişlidə Xocalı şəhidləri anıldı

Saatlı, Beyləqan, İmişlidə Xocalı şəhidləri anıldı Saatlı rayonunda Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Qarabağ
292
27 Fevral , 2020 02:32
Saatlı, Beyləqan, İmişlidə Xocalı şəhidləri anıldı

Saatlı rayonunda Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, tədbirlər çərçivəsində ermənilərin 28 il əvvəl törətdiyi qətliamlar yada salınıb. Rayonda məktəblilərin Xocalı faciəsini özündə əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Beyləqanda da Xocalı faciəsinin ildönümü izdihamla anılıb. İctimaiyyət nümayəndələri Xocalı şəhidlərinin abidəsini ziyarət edib.

Tədbirdə habelə rayon rəhbərliyi başda olmaqla, hərbçilər, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları iştirak edib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, şəhid məzarları önünə əklillər qoyulub.

İmişli rayonunda da Xocalı faciəsinin ildönümünə həsr edilən silsilə tədbirlər təşkil olunub, faciə qurbanlarının xatirəsi anılıb. Ümumrayon tədbirində ermənilərin 28 il əvvəl törətdiyi qətliamlar xatırlanıb. Məktəblilər Xocalı qətliamına aid şeirlər söyləyib. Toplantı iştirakçıları Xocalı faciəsinə həsr olunan film izləyib. Bildirilib ki, bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. 

Son xəbərlər

Orphus sistemi