Rusiya XİN: Paşinyan 2020-ci ildə hərbi əməliyyatların davam etdirilməsində israr edirdi

Rusiya XİN: Paşinyan 2020-ci ildə hərbi əməliyyatların davam etdirilməsində israr edirdi Hələ 2020-ci ilin oktyabrında atəşkəs ehtimalı var idi, lakin Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatları davam etdirməyi seçdi.
Qarabağ
23 May , 2024 15:18
Rusiya XİN: Paşinyan 2020-ci ildə hərbi əməliyyatların davam etdirilməsində israr edirdi
Mariya Zaxarova

Hələ 2020-ci ilin oktyabrında atəşkəs ehtimalı var idi, lakin Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatları davam etdirməyi seçdi.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "NEWS.ru"nun Paşinyanın KTMT-yə qarşı ittihamları ilə bağlı sualını cavablandırarkən deyib.

Zaxarova həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin sayəsində 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanat imzalanıb.

“Bəyanatda tam atəşkəsin əldə olunması əks olunmuşdu. Bu sənəd və onun hazırlanması zamanı üç ölkə liderləri tərəfindən 2021-2022-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin davamlı normallaşması prosesi üçün yeganə yol xəritəsi olaraq qalır”, - o vurğulayıb.

Onun sözlərinə görə, atəşkəslə bağlı razılaşmanın əldə edilməsi ehtimalı hələ 2020-ci ilin oktyabrında var idi: “Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev müharibənin dayandırılmasına razı idi. Amma Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatların davam etdirilməsinə israr edirdi. Bəs bu, nə ilə nəticələndi? Bu məsələləri hər kəs yaxşı xatırlayır və bütün bunlar sənədləşdirilib”.

Son xəbərlər

Orphus sistemi