Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır

Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı, general-leytenat Rüstəm Muradovun missiyası başa çatır.
Qarabağ
6 Sentyabr , 2021 22:09
Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır
Rüstəm Muradov

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun missiyası başa çatır.

“Report” xəbər verir ki, o, bu günlərdə missiyasını başa vuracaq.

Xatırladaq ki, Rüstəm Muradov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib.

Hələ mayda bildirilirdi ki, Rüstəm Muradov rotasiya prinsipi üzrə Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevlə əvəzlənə bilər. Ancaq həmin vaxt Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla əlaqədar yaranan gərgin vəziyyət səbəbindən R.Muradov vəzifəsində qalıb.

Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub.

O, 2018-ci ilin dekabrından Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi komandanının müavinidir. Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə R.Muradova general-leytenant rütbəsi verilib.

Son xəbərlər

Orphus sistemi