Roman Qureviç: "Azərbaycan şəksiz qələbə qazanıb"

Roman Qureviç: "Azərbaycan şəksiz qələbə qazanıb" “Azərbaycan 30 ilə yaxındır işğal edilmiş torpaqlarının xeyli hissəsini azad edərək hərbi qələbə qazanıb”.
Qarabağ
12 Noyabr , 2020 18:18
Roman Qureviç: Azərbaycan şəksiz qələbə qazanıb

“Azərbaycan 30 ilə yaxındır işğal edilmiş torpaqlarının xeyli hissəsini azad edərək hərbi qələbə qazanıb”.

“Report” xəbər verir ki, bunu İsrailin “Channel 9” rusdilli telekanalının birbaşa efirində politoloq Roman Qureviç bildirib.

“Bu müharibənin nəticəsi əvvəlcədən bəllidi. Azərbaycan müharibəni davam edə bilərdi, amma onlar bu razılaşmaya getdi, xalq öz Ali Baş Komandanını, Prezidentini dəstəklədi. İndi məsələ başqadır: Ermənistan tərəfində bunu qəbul edəcəklərmi? Orada işğtişaşlar görürük, insanlar hakimiyyətdən üz döndərirlər. Ermənistanda davakar qisasçılıq ab-havası üstün gəlsə, əldə edilən razılaşma sadəcə atəşkəsə çevrilsə, onda Azərbaycan Ordusu Ermənistanla beynəlxalq miqyasda tanınan sərhədə qədər irəliləyib bu məsələyə bir son qoyacaq”, - deyən politoloq həmçinin Şuşanın azad olunmasının bütün azərbaycanlılar üçün xüsusi məna daşıdığını vurğulayıb:

“Şuşanın azad edilməsi ağlasığmaz hadisədir, əsgərlər sıldırım qayalarla oraya dırmaşırdılar. Azərbaycanın qədim şəhərlərindən olan Şuşada Dövlət Himninin müəllifi olan böyük bəstəkar Üzeyir Hacıbəyovun övladları dünyaya gəlib. Belə bir şəhəri azərbaycanlılardan qoparmışdılar. Hər dəfə Dövlət Himnini eşidərkən insanlar Şuşa şəhərinin işğal olunduğunu xatırlayırdılar”.

Son xəbərlər

Orphus sistemi