Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Vyanada görüş keçirməsinə razılıq verib

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Vyanada görüş keçirməsinə razılıq verib Hikmət Hacıyev: "Görüş konstruktiv və substantiv xarakter daşıyıb"
Qarabağ
16 Noyabr , 2017 14:45
Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Vyanada görüş keçirməsinə razılıq verib
Report

Bakı, 16 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.

Bu barədə "Report"a Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O bildirib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb: "Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır".

"Görüş əsnasında təklif olundu ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir", - H.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi