"Rahat" supermarketlərinin Vətən müharibəsində iştirak edən əməkdaşları tərxis olunublar

"Rahat" supermarketlərinin Vətən müharibəsində iştirak edən əməkdaşları tərxis olunublar Şəbəkənin ümumilikdə, 76 əməkdaşı səfərbərlik əsasında Vətən müharibəsində iştirak edərək tarixi Zəfərimizin qazanılmasına töhfə veriblər
Qarabağ
23 Yanvar , 2021 12:28
Rahat supermarketlərinin Vətən müharibəsində iştirak edən əməkdaşları tərxis olunublar

"Rahat" supermarketlər şəbəkəsinin Vətən müharibəsində iştirak edən 50-dən çox əməkdaşı ordudan tərxis edilib.

"Report" xəbər verir ki, supermarketin Vətən müharibəsindən geri dönən əməkdaşları böyük coşqu və sevgi ilə qarşılanıblar.

"Rahat" supermarketlər şəbəkəsinin idarə heyəti ordudan tərxis olunan və hazırda hospitalda müalicə kursu keçən əməkdaşlarla görüşüb, onlarla qazandığımız qələbə barədə söhbət aparıb, igidliklərinə görə bir daha təşəkkür edib.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşdə fərqləndiklərinə görə təltif edilənlər arasında "Rahat" supermarketlər şəbəkəsinin də əməkdaşları var. Onlar müvafiq olaraq "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və.s medalları ilə təltif ediliblər.

Qeyd edək ki, şəbəkənin ümumilikdə, 76 əməkdaşı səfərbərlik əsasında Vətən müharibəsində iştirak edərək tarixi Zəfərimizin qazanılmasına töhfə veriblər.

Son xəbərlər

Orphus sistemi