Qırğız səfiri: "Qarabağda dağıntıların olması ermənilərin barbarlığına sübutdur"

Qırğız səfiri: "Qarabağda dağıntıların olması ermənilərin barbarlığına sübutdur" Cənubi Qafqazda post münaqişə dövründə çox şey dəyişib, Ermənistan da artıq Azərbaycanla əməkdaşlıq əlaqələrini qurmağın zəruri olduğunu dərk etməyə başlayıb.
Qarabağ
126
16 Oktyabr , 2021 14:39
Qırğız səfiri: Qarabağda dağıntıların olması ermənilərin barbarlığına sübutdur

"Cənubi Qafqazda postmünaqişə dövründə çox şey dəyişib, Ermənistan indi Azərbaycanla əlaqələr qurmağın zəruri olduğunu dərk etməyə başlayıb".

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev jurnalistlərə bildirib.

“Dünya birliyi Azərbaycanın Qarabağa dair mövqeyini dəstəkləyir. Sülhpərvər siyasət yeridən Azərbaycan dialoqa hazırdır. Bununla bağlı Qırğız Respublikası Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iştirak edəcəyi 3+5 formatını təklif edir”, – səfir deyib.

Diplomatın sözlərinə görə, azad edilən ərazilərdə olan dağıntılar işğalçı Ermənistanın barbarlığına sübutdur: "Müharibədən sonrakı dövrdə infrastrukturun bərpası üçün irimiqyaslı işlərin aparıldığı bölgədə gələcəkdə istirahət mərkəzləri yaradıla bilər".

Son xəbərlər

Orphus sistemi