Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa Gürcüstandan beş idmançı qatılacaq

Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa Gürcüstandan beş idmançı qatılacaq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku - 2022” reqatasına Gürcüstandan beş idmançı qatılacaq.
Qarabağ
4 May , 2022 13:15
Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa Gürcüstandan beş idmançı qatılacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku - 2022” reqatasına Gürcüstandan beş idmançı qatılacaq.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Milli Kanoe Federasiyasının Baş katibi Marlen Quniya deyib.

Onun sözlərinə görə, komanda gənc idmançılardan ibarətdir.

Baş katib bildirib ki, federasiya beynəlxalq yarışda gürcü avarçəkənlərin medallar əldə edəcəklərini və mükafat yerlərini tutacaqlarını gözləyir.

Bu gün Bakıya yola düşəcək Gürcüstan nümayəndə heyətinə Milli Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze başçılıq edəcək. Avarçəkənləri M.Quniya da müşayiət edəcək.

Qeyd edək ki, “Prezident kuboku - 2022” reqatası mayın 6-da Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi