Qarabağda fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verilib

Qarabağda fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verilib “Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.
Qarabağ
9 Sentyabr , 2021 10:44
Qarabağda fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verilib

“Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.

"Report"un xəbərinə görə, Milli Platformanın koordinatoru Bəxtiyar Rəhimov məlumat verib.

O bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır.

Onun sözlərinə görə, Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək: "Daha sonra həmin kitablar işğaldan azad edilmiş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək. Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq. Artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1000-dən artıq kitab toplayıblar".

B.Rəhimov deyib ki, layihəyə https://www.facebook.com/KarabakhIsAzerbaijan1/ səhifəsi üzərindən qoşulmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi