"Qaçqınkom"dan məcburi köçkünlər arasında keçiriləcək sorğu barədə açıqlama

"Qaçqınkom"dan məcburi köçkünlər arasında keçiriləcək sorğu barədə açıqlama "Qaçqınkom": Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
Qarabağ
15317
8 Yanvar , 2021 12:37
Qaçqınkomdan məcburi köçkünlər arasında keçiriləcək sorğu barədə açıqlama
0 : 00
0 : 00

“Son 25-30 il ərzində məcburi köçkünlər və qaçqınlar arasında həm beynəlxalq təşkilatlar, həm QHT-lər, həm də müxtəlif xarici beynəlxalq təsisatlar, özəl şirkətlər, bu yaxınlarda isə Sosial Təhqiqatlar Mərkəzi tərəfindən sorğular aparılıb. Bu sorğuların yekdil nəticəsinə əsasən deyə bilərik ki, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətindədirlər".

"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər arasında hərtərəfli, genişmiqyaslı yeni sorğu keçiriləcək: "Bununla bağlı artıq tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq sorğunun anketinə daxil olacaq suallar üzərində işləyirik. Bu sorğu böyük sosioloji tədqiqatın predmetidir. Əsas məqsəd bir tərəfdən məcburi köçkün soydaşlarımızın niyyətini öyrənməkdirsə, digər məqsəd işğaldan azad olunmuş hər bir məntəqə üzrə məcburi köçkünlər üçün sosial iqtisadi profil yaratmaqdır”.

Son xəbərlər

Orphus sistemi