Piter Teys: "Rəsmi İrəvana dərhal təzyiq göstərilməlidir"

Piter Teys: "Rəsmi İrəvana dərhal təzyiq göstərilməlidir" “Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhəddə (Ermənistan-Azərbaycan) silahlı təxribatlar törətməkdə davam edir".
Qarabağ
29 İyul , 2021 13:04
Piter Teys: Rəsmi İrəvana dərhal təzyiq göstərilməlidir
Piter Teys

“Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhəddə (Ermənistan-Azərbaycan) silahlı təxribatlar törətməkdə davam edir. Avropa, Asiya və Şimali Amerika ölkələrinin hökumətləri, həmçinin BMT rəhbərliyi Ermənistan hakimiyyətini vicdanlı olmağa və dəhşətli hərəkətlərə son qoymağa çağırmalıdır”.

Bu barədə “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində qeydə alınan gərginliyi şərh edərkən bildirib.

“Ermənistan Azərbaycanın suveren ərazisindəki mina sahələrinin bütün xəritələrini təqdim etməlidir. Ermənistan tərəfinin atəşkəs rejimini pozmasına və Azərbaycanın günahsız vətəndaşlarını qətlə yetirməsinə beynəlxalq ictimaiyyətin göz yumması qəbuledilməzdir”, - o deyib.

Politoloqun sözlərinə görə, Ermənistan ötən ilin noyabr ayında imzalanmış üçtərəfli razılaşmanın bütün şərtlərini yerinə yetirməyə borcludur:

“Təxminən son 30 il ərzində rəsmi İrəvan Ermənistan liderlərinin imzaladıqları beynəlxalq razılaşmalara etinasız yanaşıb. Ermənistan elə səviyyəyə çatıb ki, qonşulara qarşı münasibətdə yalan yolverilməzdir. Ermənistan quyruğunu qısaraq beynəlxalq razılaşmaların şərtlərinə riayət etməli olacaq”.

Son xəbərlər

Orphus sistemi