Pol Qobl: "Füzuli hava limanının açılışı bütün regionu birləşdirəcək"

Pol Qobl: "Füzuli hava limanının açılışı bütün regionu birləşdirəcək" əsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirə biləcəyinin nümunəsidir”.
Qarabağ
544
6 Sentyabr , 2021 09:59
Pol Qobl: Füzuli hava limanının açılışı bütün regionu birləşdirəcək

"Füzuli beynəlxalq hava limanının açılışı bütün regionu birləşdirəcək".

Bunu “Report”a ABŞ-dan olan analitik, yazıçı və icmalçı Pol Qobl bildirib.

O deyib ki, nəqliyyat əlaqələrinin həyata keçirilməsi bu rayonu Azərbaycana yenidən inteqrasiya etməyə imkan verəcək.

Onun sözlərinə görə, ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi vaxtla bağlıdır: “Bu, ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”.

Analitik vurğulayıb ki, bu, rəsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir.

Xatırladaq ki, sentyabrın 5-də Füzuli hava limanına ilk təyyarə uçuşu baş tutub. Bakı-Füzuli reysi üzrə uçuş müddəti 35 dəqiqədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi aparılır.

Son xəbərlər

Orphus sistemi