Nüfuzlu elm adamları Ermənistanın cinayətlərinin dayandırılması üçün dünya liderlərinə çağırış edib

Nüfuzlu elm adamları Ermənistanın cinayətlərinin dayandırılması üçün dünya liderlərinə çağırış edib Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşəbbüsü ilə dahi Azərbaycan şairinin Gəncə şəhərində yerləşən məqbərəsindən “Nizami Gəncəvinin şəhərini xilas edək” kampaniyasına start verilib. Oktyabrın 15-dən başlanan kampaniya çərçivəsində #nizamigəncəvin
Qarabağ
3170
22 Oktyabr , 2020 16:59
Nüfuzlu elm adamları Ermənistanın cinayətlərinin dayandırılması üçün dünya liderlərinə çağırış edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşəbbüsü ilə dahi Azərbaycan şairinin Gəncə şəhərində yerləşən məqbərəsindən “Nizami Gəncəvinin şəhərini xilas edək” kampaniyasına start verilib. Oktyabrın 15-dən başlanan kampaniya çərçivəsində #nizamigəncəvininşəhərinixilasedək (#savenizamiganjavicity) həştəqi ilə sosial şəbəkə platformaları vasitəsilə geniş təbliğat həyata keçirilir.

Beynəlxalq Mərkəzdən "Report"a bildirilib ki, bu günə kimi tvitter şəbəkəsi üzərindən 2 000-dən çox, feysbuk şəbəkəsi üzərindən isə 41 000-dən çox istifadəçi Nizami Gəncəvinin şəhərinə edilən erməni terrorunu pisləyərək kampaniyaya dəstək olub.

Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif ölkələrində yaşayan öz üzvləri və dostlarını da Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Gəncə terror hadisələri haqqında daim məlumatlandırır.

Bunun nəticəsi olaraq, dünyanın 20 ölkəsindən 60-a yaxın nüfuzlu elm adamı və ziyalı da kampaniyaya dəstək verərək Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılması məqsədi ilə dünya liderlərinə çağırış edilib.

Çağırışın mətnində Azərbaycan Respublikası hökumətinə, Azərbaycan xalqına ərazi bütövlüyünü bərpa etmək və bölgəyə sülh və sabitlik gətirmək üçün bu legitim mübarizəsində tam dəstək ifadə olunub.

Həmçinin yekdil olaraq bildirilib ki, beynəlxalq ictimaiyyət Ermənistan Respublikasını beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət etməyə məcbur etmək üçün bütün səylərini birləşdirməlidir.

Qeyd edək ki, sözügedən çağırış BMT-nin Baş katibinə, Avropa İttifaqına, YUNESKO-nun Baş direktoruna, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, eləcə də “Böyük 20-liy”in (G-20) üzv dövlətlərinin prezident və baş nazirlərinə ünvanlanıb.

Son xəbərlər

Orphus sistemi