Nazir: “Azərbaycan dövləti Qarabağda layihələrin icrasını davam etdirəcək”

Nazir: “Azərbaycan dövləti Qarabağda layihələrin icrasını davam etdirəcək” “Azərbaycanın dövlət müəssisələri bərpa proqramı çərçivəsində ölkənin işğaldan azad edilmiş ərazilərində layihələrin icrasını davam etdirəcək”.
Qarabağ
17 May , 2022 13:14
Nazir: “Azərbaycan dövləti Qarabağda layihələrin icrasını davam etdirəcək”
Mikayıl Cabbarov

“Azərbaycanın dövlət müəssisələri bərpa proqramı çərçivəsində ölkənin işğaldan azad edilmiş ərazilərində layihələrin icrasını davam etdirəcək”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, bərpa layihələrinə sosial infrastruktur obyektlər də daxildir.

Nazir deyib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də digər region ölkələri üçün nəqliyyat sektorunda imkanlar yaradacaq.

O vurğulayıb ki, azad edilmiş ərazilərin ayrı-ayrı iqtisadi zonalara bölünməsi oranın böyük inkişafı üçün zəmin yaradacaq.

Son xəbərlər

Orphus sistemi