Malik Həsənov: "Azərbaycan ədaləti bərpa edir"

Malik Həsənov: "Azərbaycan ədaləti bərpa edir" “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə malikdir və beynəlxalq hüququ təmin edir".
Qarabağ
3223
27 Oktyabr , 2020 12:11
Malik Həsənov: Azərbaycan ədaləti bərpa edir
Malik Həsənov

“Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə malikdir və beynəlxalq hüququ təmin edir".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevi oktyabrın 26-da xalqa müraciət edib:

"Cənab Prezident müraciəti zamanı qeyd edib ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Sual doğuran bu məqamlara diqqət yetirsək görərik ki, böyük dövlətlər beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Azərbaycan beynəlxalq hüquqdan kənar bir addım belə atmır. Beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Azərbaycan haqq yolundadır, ədaləti bərpa edir".

M.Həsənov həmçinin qeyd edib ki, dövlət başçısı müraciəti zamanı Qarabağ tarixindən geniş bəhs edib: “Cənab Prezident diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünya ictimaiyyətində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altında olsa da, Azərbaycana qarşı sanksiyalar tətbiq edilmiş və onlar bu günə qədər qüvvədədir.

“1992-ci ildə Azərbaycana qarşı “Azadlığa Dəstək Aktına” ədalətsiz 907-ci düzəlişin tətbiqi erməni lobbisinin yalanlarının ayaq tutduğu zamanlar idi. Düzəliş guya Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə ABŞ Konqres tərəfindən qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yarardılan informasiya blokadasının yarılması oldu və düşünülmüş, məqsədyönlü siyasət nəticəsində buna nail olmuşdur. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, 2001-ci ildə ABŞ-da baş verən terror aktı ABŞ-ın xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. ABŞ hökuməti 907-ci düzəlişin ədalətsizliyini təsdiqləyərək qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul etdi. Bu fakt inkaredilməzdir ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi, ABŞ da işğalçı dövlətə maddi və mənəvi dəstək göstərir. Məsələni daha da dərinləşdirən amillərdən biri bugünədək ABŞ Konqresinin Ermənistana və qondarma “Dağlıq Qarabağ respublikası”na demokratiyaya dəstək adı altında birbaşa maliyyə yardımlarını davam etdirməsi, münaqişənin həllində seyrçi mövqedə dayanaraq vasitəçilik missiyasına inamsızlığın artmasıdır”- deyə, Malik Həsənov qeyd edib.

“Azərbaycan dövləti hər zaman bəyan edir ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur, sülh danışıqları səmərə vermədiyi təqdirdə Ordumuz öz sözünü deyəcək, tarixi missiyasını layiqincə yerinə yetirəcək” söyləyən deputat onu da vurğulayıb ki, sentyabrın 27-dən erməni təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu illərdir ATƏT-in Minsk qrupunun təmin edə bilmədiyi tarixi ədaləti bərpa edir.

Son xəbərlər

Orphus sistemi