"Media platformaları Qarabağdakı mina çirklənməsi probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə kömək edə bilər".
Bunu "Report"a açıqlamasında macarıstanlı səyyah Annet Yankoviç deyib.
“Səkkiz ildir səyahətlər edirəm və bir çox yer gördüm. Burada mina terrorunun mövcudluğunu və insanların həyatındakı nəticələrini öyrənmək çox kədərlidir. Mina çirklənməsi probleminin mümkün qədər tez həll olunmasını istərdim”, - o vurğulayıb.
Səyyahın fikrincə, dünya ictimaiyyətinin diqqətini mina terroru probleminə cəlb etmək üçün bütün mümkün media platformalarından istifadə etməyə dəyər: “Hazırda bir çox media platformaları var ki, orada fotolar, videolar yerləşdirmək və dünyanın hər yerindən insanlara mina təhlükəsi, onun Azərbaycan əhalisi üçün nəticələri barədə məlumat vermək mümkündür. Bununla təkcə diqqəti deyil, həm də regionu minalardan təmizləmək üçün əlavə investisiyalar cəlb etmək mümkündür”.