Lük Koffi: “ABŞ Cənubi Qafqaz regionunda daha fəal olmalıdır"

Lük Koffi: “ABŞ Cənubi Qafqaz regionunda daha fəal olmalıdır" "ABŞ Cənubi Qafqaz regionunda daha fəal olmalıdır. Regiondakl diplomatik mövcudluğumuzu artırmalıyıq”.
Qarabağ
608
23 Dekabr , 2020 17:55
Lük Koffi: “ABŞ Cənubi Qafqaz regionunda daha fəal olmalıdır
Lük Koffi

"ABŞ Cənubi Qafqaz regionunda daha fəal olmalıdır. Regiondakl diplomatik mövcudluğumuzu artırmalıyıq”.

“Report” xəbər verir ki, bunu “Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin direktoru Lük Koffi “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

O həmçinin ABŞ-ın enerji yolları baxımından əhəmiyyətli və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə Baş Konsulluq açmasına ehtiyac olduğunu qeyd edib.

“Azərbaycanın ABŞ-ın Mərkəzi Asiya siyasətinə daxil edilməsinin də böyük perspektivləri var. Azərbaycanın coğrafi mövqeyi bunu diktə edir. Ölkə Mərkəzi Asiyaya açılan qapıdır. Energetika, infrastruktur və ticarət Xəzər dənizi hövzəsinin ABŞ-ın geosiyasətinə fəal qoşulmasını nəzərdə tutur”, - ekspert hesab edir.

Onun fikrincə, hərbi əməkdaşlığa da xüsusi diqqət yetirmək lazımdır: “ABŞ tərəfdən bölgə ölkələrinə hərbi yardım göstərilməsi emosiyalar və müxtəlif diasporlar tərəfindən yox, ABŞ-ın milli maraqları ilə diktə olunmalıdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, Azərbaycan əsgərləri müharibəni məhz yerdə, o cümlədən Şuşanı işğaldan azad edərək qazandılar”.

“Azərbaycan hansısa yolla 5 il sonra Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması üçün şərait yaratmalıdır və bu işə indidən başlamaq lazımdır. Bu missiyanı Aİ-nin Gürcüstandakı missiyasının nümunəsindən istifadə edərək monitorinq missiyasına çevirmək olardı. Azərbaycan üçün digər icbari vəzifə suverenliyinin Qarabağın bütün ərazisində yayılmasını, o cümlədən orada məhz Azərbaycan bayrağının olmasını, Azərbaycan valyutasının həqiqi istifadəyə verilməsini, Laçın dəhlizindəki trafikə nəzarət və digər məsələləri təmin etməkdir”, - deyə o fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi