Lerik rayonunun Piran kəndində Vətən müharibəsinin şəhidi, gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.
"Report"un Muğan bürosu xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və şəhidin yaxınları iştirak edib.
Əvvəlcə şəhidin məzarını ziyarət edilib, önünə əklil qoyulub ruhuna dualar oxuyublar. Daha sonra Xatirə bulağının açılışı olub.
Qeyd edək ki, Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış gizir Cabbarov Vidadi Cəbrayıl oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.