Kürdəmirdə Zəfər Günü qeyd edilib

Kürdəmirdə Zəfər Günü qeyd edilib 8 Noyabr - Zəfər Günü Kürdəmirdə izdihamla qeyd edilib.
Qarabağ
8 Noyabr , 2021 18:57
Kürdəmirdə Zəfər Günü qeyd edilib

8 Noyabr - Zəfər Günü Kürdəmirdə izdihamla qeyd edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, əvvəlcə Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclərdən ibarət olan hərbi şahin dəstələri sıra yürüşü keçirib. Hərbi vətənpərvərlik mövzusunda meydanlarda yaşanan maraqlı anlar yerli sakinlərin də böyük marağına səbəb olub.

Sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu günü olduğu kimi. Bir il bundan əvvəl insanlarımız xalqımızın tarixi qələbəsini qeyd edirdi, bu gün isə həmin şanlı zəfərin bir ili tamam olur. İlk olaraq rayon rəsmiləri Şəhidlər Xiyabanını ziyarət edib, bizlərə qələbə sevinci yaşadan qəhrəmanlar yad olunub, ruhlarına dualar oxunub.

Məktəblilərin təadimatında bir-birindən maraqlı kompozisiyalar, fləşmoblar nümayiş etdirilib. Rayon rəsmiləri, döyüşçülər, şəhid və qazi ailələri vətənpərvərlik mövzusunda geniş çıxışlar edib.

Zəfər yürüşü daha sonra öz işini ağacəkmə aksiyası ilə davam etdirib. Rayonun bir neçə hissəsində şəhidlərin xatirəsinə həmişəyaşıl ağaclar əkilib.

Zəfər Günü gün ərzində silsilə tədbirlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi