Kolumbiyanın “El Espectador” qəzetində erməni təcavüzünə dair məlumat yayılıb

Kolumbiyanın “El Espectador” qəzetində erməni təcavüzünə dair məlumat yayılıb Kolumbiyanın ən aparıcı mətbu orqanlarından olan “El Espectador” qəzetində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.
Qarabağ
15 Oktyabr , 2020 06:07
Kolumbiyanın “El Espectador” qəzetində erməni təcavüzünə dair məlumat yayılıb

Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “El Espectador” qəzetində səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada, eləcə də respublikamızın Kolumbiya tərəfindən tanınmış ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini bildirib.

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq həmin vaxtdan 27 il keçməsinə rəğmən, Ermənistanın davamlı destruktiv mövqeyi səbəbindən münaqişənin həllində cüzi də olsa irəliləyiş əldə olunmadığını qeyd edib.

Sentyabrın 27-dən etibarən Ermənistanın dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başladığını, hazırkı anadək bu hücumlar nəticəsində arasında azyaşlı uşaqlar da olmaqla, çoxsaylı mülki vətəndaşın həlak olduğu və yaralandığını, habelə son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı terror əməli törədərək hərbi əməliyyatlar aparılan ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə ballistik raket zərbələri endirdiyini məlumat verən diplomat Azərbaycan Ordusunun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri apardığını bildirib.

Münaqişənin masa ətrafında həllinin mümkünlüyünə dair müxbirin sualına cavab olaraq təmsilçimiz münaqişənin başlıca səbəbinin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcud olduğunu, hazırda beynəlxalq ictimaiyyətin tərəfləri dialoqa çağırdığını, lakin bu addımın birtərəfli qaydada atıla bilməyəcəyini, münaqişədə təcavüzkar tərəfin Ermənistan olduğunu, hər kəsin təcavüzkarla zərərçəkəni ayırd etməsi gərəkliyini və beynəlxalq ictimaiyyətin BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini tələb etməli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi