Jurnalistlər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Jurnalistlər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə iyulun 16-da minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.
Qarabağ
370
16 İyul , 2021 13:31
Jurnalistlər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə iyulun 16-da minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.

Mətbuat nümayəndələri işğaldan azad edilən Ağdam rayonunun Qızıl Kəngərli kəndində aparılan əməliyyat prosesini izləyib. Bildirilib ki, hazırda minatəmizləmə əməliyyatları əl ilə mexaniki təmizləmə və xüsusi təlim keçmiş itlər vasitəsi ilə aparılır.

Qeyd olunub ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Ağdam rayonu ərazisində Əfətli kəndi, Xaçınçay su anbarı, su anbarından ayrılan beton kanalların sağ və sol tərəfləri, həmçinin Qızıl Kəngərli kəndi ərazisində minatəmizləmə işlərini aparırlar.

Son xəbərlər

Orphus sistemi