İspaniyalı səyyah: “İşğalın fəsadlarını görmək çox kədərlidir”

İspaniyalı səyyah: “İşğalın fəsadlarını görmək çox kədərlidir” "Kələcər rayonunun təbiəti çox gözəldir, Kəlbəcər dağlarının görüntüsü adamı ovsunlayır".
Qarabağ
17 Fevral , 2022 16:44
İspaniyalı səyyah: “İşğalın fəsadlarını görmək çox kədərlidir”

"Kəlbəcər rayonunun təbiəti çox gözəldir, Kəlbəcər dağlarının görüntüsü adamı ovsunlayır".

Bunu “Report”a Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, ispaniyalı səyyah Antonio Agilyar Ortin bildirib.

“Yaxın keçmişin hadisələrinin insanların həyatında necə əks olunduğunu, həmçinin işğalın fəsadlarını görmək çox kədərlidir. Biz həmçinin bu ərazilərlə bağlı gələcək planları, insanların bu barədə nə düşündüyünü öyrənməyə çalışırıq”, - səyyah səfər barədə təəssüratlarını bölüşərkən deyib.

Xatırladaq ki, dünən tanınmış xarici səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başlayıb. Səfər zamanı onlar azad edilmiş ərazilərin tarixi-mədəni abidələrilə, həmçinin ermənilərin işğal dövründə törətmiş olduqları dağıntılar, Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işlərlə tanış olacaqlar.

Azad edilən torpaqlarımıza səfər çərçivəsində səyyahlar dünən Şuşa və Ağdamda, bu gün isə Kəlbəcər və Laçında olublar.

Son xəbərlər

Orphus sistemi