“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib.
Onun sözlərinə görə, bugünkü iclas regional məsələlərə həsr olunub: “Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib”.