İƏT rəsmisi: "Ağdamda gördüklərimiz cəhənnəmi xatırladır"

İƏT rəsmisi: "Ağdamda gördüklərimiz cəhənnəmi xatırladır" "Bizim Ağdam və Tərtərdə gördüklərimiz sadəcə bir dəhşətdir"
Qarabağ
24 Sentyabr , 2021 19:08
İƏT rəsmisi: Ağdamda gördüklərimiz cəhənnəmi xatırladır
Hacı Ali Açıkgül

"Bizim Ağdam və Tərtərdə gördüklərimiz sadəcə bir dəhşətdir".

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül deyib.

Onun sözlərinə görə, Ağdam və Tərtərə səfər etməkdə əsas məqsəd Ermənistan tərəfindən insan hüquqları pozuntularının canlı şahidi olmaqdır: "Azərbaycana səfərimiz çərçivəsində Bakıda hökumət nümayəndələri ilə görüşlər keçirdik. Bu gün isə azad edilən ərazilərə səfər etmişik. Burada gördüklərimiz cəhənnəmi xatırladır. Günün ikinci yarısında Tərtərə səfərə gəldik. Amma hələ də Ağdamda gördüklərimizin təsirindən çıxa bilmirik. Tərtər işğaldan azad edilən yerləri xatırladır. Burada da gördüyümüz mənzərə heç də Ağdamdan fərqli deyil. Bizə verilən məlumata görə, ermənilər müharibə vaxtı dinc sakinlərin sıx yaşadığı yerləri bombalayır, top, raketlər atırdılar. Biz bütün faktları araşdırıb hazırlanan sənədlərə əlavə edəcəyik".

Son xəbərlər

Orphus sistemi