İcra başçısı: “Ermənistan Gəncə sakinləri arasında təşviş yarada bilməyib”

İcra başçısı: “Ermənistan Gəncə sakinləri arasında təşviş yarada bilməyib” “Ermənistan Azərbaycanın ikinci böyük şəhərinin sakinləri arasında terrorla təşviş salmağa çalışsa da, xalq qorxmamış və prezidentin ətrafında daha sıx birləşmişdi”.
Qarabağ
17 Oktyabr , 2022 15:00
İcra başçısı: “Ermənistan Gəncə sakinləri arasında təşviş yarada bilməyib”

“Ermənistan Azərbaycanın ikinci böyük şəhərinin sakinləri arasında terrorla təşviş salmağa çalışsa da, xalq qorxmamış və prezidentin ətrafında daha sıx birləşmişdi”.

“Report” xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu şəhərə raket zərbələrinin endirilməsinin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

O, Gəncəyə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə həmin günlərdə baş verənlər barədə məlumat verib.

“2020-ci il Azərbaycan tarixinin ən fərəhli illərindən birinə çevrilib. Həmin il Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altındaAzərbaycan torpaqları işğaldan azad edilib. Lakin 44 günlük müharibə zamanı Gəncə ağır günlər yaşayıb: gecə vaxtı şəhərin dinc əhalisinə qarşı raketlər zərbələri endirilmişdi”, - N.Bayramov bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Son xəbərlər

Orphus sistemi