İsrailin Tədqiqat Mərkəzinin rəhbəri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

İsrailin Tədqiqat Mərkəzinin rəhbəri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub "İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm"
Qarabağ
17 Aprel , 2017 11:41
İsrailin Tədqiqat Mərkəzinin rəhbəri Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub

Bakı. 17 aprel. REPORT.AZ/ İsrailin Tədqiqat Mərkəzinin rəhbəri Mark Applebaum "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub.

"Ermənistan Azərbaycan Sülh Platforması"nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, bu barədə bəyanat verib.

Bəyanatda deyilir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yeganə düz yol hesab edirəm. Lakin bunu Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü, suverenliyi, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində etmək zəruridir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Və bu böyük bir fəlakətdir. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm.

Yuxarıda qeyd olunan səbəblərə görə, bu Sülh təşəbbüsünə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.

Son xəbərlər

Orphus sistemi