Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb”

Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb” “Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayrıd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”.
Qarabağ
15743
24 Oktyabr , 2020 08:33
Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb”
Hikmət Haciyev

“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayırd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“İndi isə Ermənistan tərəfindən yeni inkaretmə dalğası başlayacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır.

Belə ki, düşmən ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 "Smerç" raketini atıb. Raket yaşayış evinin həyətinə düşüb.

Son xəbərlər

Orphus sistemi