Hikmət Hacıyev: "2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur"

Hikmət Hacıyev: "2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur" "2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur".
Qarabağ
12 Mart , 2023 18:43
Hikmət Hacıyev: 2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur

"2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.

Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib", - Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə keçirilmiş görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq baş nazir və digər Ermənistan rəsmiləri tərəfindən vəziyyəti qəsdən gərginləşdirən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altına qoyan, təhdid edən açıqlamaların verilməsi, addımların atılması davam edir və bu xətt son vaxtlar daha da güclənir: "Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır".

Son xəbərlər

Orphus sistemi