“Sentyabrda Qarabağda aparılan lokal antiterror tədbirləri sayəsində Xankəndi tarixi adına qayıdıb”.
“Report” xəbər verir ki, bunu Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumun açılışında deyib.
“Xankəndi toponimi tarixi əhəmiyyətə malikdir. Bu ad XVIII əsrin sonlarından istifadə olunmağa başlanılıb. Bizim üçün böyük tarixi hadisə olan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan tarixən böyük dövlətlərin işğalına məruz qalıb. Bu mənada Qarabağ müharibəsində qələbə təkcə suverenliyin bərpasına birbaşa yol deyil, bu, həm də kimliyimizi simvollaşdırır”, - o əlavə edib.
H.İsaxanlı müstəqil Azərbaycanın formalaşmasının tarixi mərhələlərindən, bu yolda üzləşdiyi maneələrdən də danışıb.