Fransalı deputat Ermənistanın Alıxanlıda törətdiyi təxribatı pisləyib

Fransalı deputat Ermənistanın Alıxanlıda törətdiyi təxribatı pisləyib Jan-Lük Reitzer Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bötovlüyü çərçivəsində həllinə ümid edir
Qarabağ
131
6 İyul , 2017 00:49
Fransalı deputat Ermənistanın Alıxanlıda törətdiyi təxribatı pisləyib

Paris. 6 iyul. REPORT.AZ/ Fransalı deputat, Altkirş şəhərinin meri Jan-Lük Reitzer Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində iki dinc sakininin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən təxribatını pisləyərək Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib.

Deputat "Report"un Fransa bürosuna müsahibəsində ölənlərin yaxınlarına başsağlığı verərək yaralanan qadına şəfa diləyib.

Deputat Füzulinin Horadiz şəhəri ilə meri olduğu Altkirş şəhəri arasında Sülh Xartiyasının olduğunu xatırladaraq, bu faciəvi hadisənin onu və Altkirş sakinlərini hamıdan çox qüssələndirdiyini deyib.

Ermənistanın təcavüzkar əməllərini pisləyən Jan-Lük Reitzer Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bötovlüyü prinsipləri əsasında həll ediləcəyinə ümid bəslədiyini və bu yolda deputat, şəhər meri və "Azərbaycanın dostu" qismində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi