Fatma Yıldırım: Mina xəritələrinin verilməsi insan itkisinin qarşısının alınmasında rol oynayır

Fatma Yıldırım: Mina xəritələrinin verilməsi insan itkisinin qarşısının alınmasında rol oynayır “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizin böyük hissəsini minalayıb ki, bu da həmin ərazilərin bərpasına böyük əngəldir. Eyni zamanda, müharibə bitdikdən sonra mina xəritələrinin Azərbaycana verilməməsi hərbi cinayət hesab olunur. M
Qarabağ
4 İyul , 2021 15:55
Fatma Yıldırım: Mina xəritələrinin verilməsi insan itkisinin qarşısının alınmasında rol oynayır
Fatma Yıldırım

“Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizin böyük hissəsini minalayıb ki, bu da həmin ərazilərin bərpasına böyük əngəldir. Eyni zamanda, müharibə bitdikdən sonra mina xəritələrinin Azərbaycana verilməməsi hərbi cinayət hesab olunur. Məlumdur ki, müharibə başa çatandan sonra xeyli sayda günahsız insan minaların qurbanı olub. Azərbaycan dövləti Ermənistanın mina xəritələrinin verilməsi üçün mümkün təsir imkanlarından istifadə edib və bu haqda beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edib. Bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir”.

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisindəki mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə verilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. İndiyə qədər erməni tərəfi onlarda mina xəritələrinin olmamasını iddia edirdi və müxtəlif bəhanələrlə xəritələri Azərbaycana vermək istəmirdi. Ermənistanın məqsədi mina qurbanı olan insanların sayının daha çox olması və azərbaycanlıların öz doğma yurdlarını qayıtmasını maksimum dərəcədə əngəlləmək idi. Amma Azərbaycan Prezidentinin diplomatik məharəti erməni tərəfinin bu çirkin, insanlıqdan uzaq olan niyyətini puç etdi. Əvvəlcə, Gürcüstanın vasitəçiliyi Ağdamda 97 min minanın xəritələri, indi isə Füzuli və Zəngilanda 92 min minanın olduğu xəritə bizə qaytarıldı. Hansı ki, Ağdamdan sonra ən çox minalanmış bölgələr Füzuli və Zəngilan rayonlarıdır. Mina xəritələrinin əldə edilməsi insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Deputatın sözlərinə görə, xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq: “İşğaldan azad olunmuş Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlərin daha sürətlə aparılmasına ən böyük məneə ərazilərin minalanmasıdır. Məlumdur ki, Ağdamdan sonra ən böyük infrastruk layihələri Füzuli rayonunda həyata keçirilir. Belə ki, bu rayondan Şuşaya Zəfər yolu, digər önəmli avtomobil yolları, eləcə də Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti, beynəlxalq hava limanı və s. infrastruktur layihələri icra olunur. Bütün bunlar Füzuli rayonunun strateji əhəmiyyətinin göstəricisidir. Eyni zamanda, Zəngilan rayonunda da cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın iştirakı ilə böyük qayıdışın müjdələrindən olan “ağıllı kənd” layihəsinin təməli atılıb. Beləliklə, inanırıq ki, Azərbaycanın uğurlu diplomatiyası, cənab Prezidentin qətiyyətli mövqeyi nəticəsində digər bölgələrdə də basdırılmış minaların xəritəsi ölkəmizə veriləcək.

Mən bir məqamı da vurğulamaq istəyirəm ki, Ağdamda mina xəritələrində bəzi yanlışlıqların olduğu barədə Müdafiə Nazirliyinin nümayəndələri məlumat vermişdi. Ona görə də, Füzuli və Zəngilan rayonlarında da diqqətli olmaq lazımdır. Əgər erməni tərəfi bu dəfə də mina xəritələrində yanlışlıq edərsə bu, təkcə Azərbaycana qarşı deyil, bu prosesdə vasitəçilik edən ölkələrə və beynəlxalq təşkilatlara qarşı təxribat kimi qiymətlənirilməlidir. Bu baxımdan düşünürəm ki, beynəlxalq ictimaiyyət məsələni diqqətdə saxlamalıdır”.

Son xəbərlər

Orphus sistemi