Ermənistanın müharibədəki itkilərinin sayı artır

Ermənistanın müharibədəki itkilərinin sayı artır Zəngilan rayonu istiqamətində aparılan axtarışlar zamanı daha 14 erməni hərbi qulluqçunun meyiti tapılıb.
Qarabağ
4475
11 Yanvar , 2021 08:03
Ermənistanın müharibədəki itkilərinin sayı artır
0 : 00
0 : 00

Ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, itkin erməni əsgərlərinin axtarışları bu gün Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində davam etdiriləcək. Xüsusən Hadrutda iki axtarış qrupu fəaliyyət göstərəcək. Qruplardan biri meyitləri, digəri gizlənən erməniləri axtaracaq.

Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 211 nəfərə çatıb.

Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Daha əvvəl Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Son xəbərlər

Orphus sistemi